• 22 İyul 2019
logo
add image
Tbilisi artıq özünü regiondan ayırır

Tbilisi artıq özünü regiondan ayırır

İyunun 16-sı Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində rusiyayönümlü, panprovaslanist hərakatlar "Gürcüstan Vətənpərvərlər Alyansı", "Gürcü Marşı" və başqa rusiyayönümlü hərakatlar mitinqlər keçirtdi. Mitinqdə “NATO-ya yox, rədd olsun NATO” və “"David Qareçi" Gürcüstanındır” kimi şüarlar səsləndirildi. Bu hərakatların mitinqləri bizim üçün maraqlı olmalıdır.
Bunun “Xalq Cəbhəsi”nə açıqlamasında ekspert Kamran Sultanlı bildirib.
Onun sözlərinə görə, Gürcüstanın AB-la assosativ saziş imzalamasından, Avroatlantik inteqrasiyanı əsas xarici siyasi strategiya elan etməsindən sonra, Şimal-Qərb qonşumuzda milliyətçilik, ultra sağ da genişlənməyə başlandı. Qərbdə ultra sağçılığın genişlənməsi və liberal dəyərlərlə mübarizə trendi, Gürcüstandan da yan keçmədi. Xüsusilə Gürcüstanda pan provaslavçı "Gürcüstan Vətənpərvərlər Alyansı" və "Gürcü Marşı" kimi hərakatlar nüfuz qazanmağa başladı. Bu hərakatlar ənənəvi siyasi partiyalara qarşı alternativ kimi baxılırdı. Bu hərakatların ideosentrizmində isə din amilinin xüsusi rolu var. Ümumiyyətlə, Gürcüstanda dinin milliyətçiliyə geniş bağlılığı var. Gürcüstanın NATO və AB-a üzvlüklə bağlı Qərbin prosesi uzatması, gürcü toplumunda bu hərakatların populyarlığını daha da artırdı. Xüsusilə Gürcüstanda olan dindar kəsim Qərbin katolik-protestant dairələrindən çəkinir və onlarla ideoloji dekordinasiyaya malikdirlər. Bu hərakatlar həmçinin NATO-da isti yanaşmırlar. Qərbin, Ukraynada kilsəyə avtokefali statusunu da, Ukrayna kimi eyni siyasi kursa malik və Rusiya ilə açıq münaqişə də olan Rəsmi Tbilisi tanımadı. Çünki kilsənin bu prosesə müsbət rəyi yox idi.
Bu hərakatların Gürcüstanda genişlənməsi, Azərbaycan üçün də yeni situasiyalara yol açır. Bu hərakatlar Rusiya üçün böyük kartdı: “Bundan əvvəl qeyd etmişdim ki, Rusiyanın Gürcüstana təsir imkanları Azərbaycandan çoxdur. Moskva Qafqazda Gürcüstanı parçalamaqla və ya orada təsir mexanizmlərini saxlamaqla Cənubi Qafqaz regionunun Qərbə çıxış qapısında söz sahibi olmağa çalışır. Gürcü kilsəsi bu baxımdan Rusiya üçün böyük təsir mexanizmidir. İvanaşvili və Zurabaşvili dindar olmasalar da və ya dini eyforiyaya çox qapılmasalar da, onlar kilsə ilə kompromisə gedir və kilsənin nüfuzundan yararlanmağa çalışırlar. Örnəyi İvanaşvilinin hakimiyyətə gəldiyi andan bu tərəfə tikdirdiyi məscidlər və Zurabaşvilinin prezident inaqurasiyasında Gürcüstan patriarxının əlini öpməsi, monastr kompleksinə xaş yürüşü və s. hadisələr kiçik görsənə bilər, lakin birləşdirəndə geniş bir mənzərə formalaşır”.
Ekspert qeyd edi ki, kilsəyə qarşı dirəniş göstərən və kilsənin qərarları ilə hesablaşmayan həqiqətən də Avropa yönümlü düşüncə sərgiləyən Saakaşvili idi. Buna görə də, kilsə Mişa ilə yola getmirdi və onun Gürcüstanda olmasına isti baxmırdı.
Gürcüstanın bu hərakatları, Rusiyanın onları dini və etnik kimliklərinin islam fundamentalizmdən qoruduqlarına inanırlar. Ümumən Qərbdə bu gün bütün milliyətçi hərakat və siyasətçilər Rusiyanın dostu və müttəfiqidir. Almaniyada AFD, Fransada Le Pen, İtaliyada Konte və Matti ikilisi, Çexiyada Zeman, Avstriyada Vurst, Makedoniyada İvanov və Zaevi misal göstərə bilərik. Eyni tendensiya özünü Gürcüstanda da göstərir: “Bu baxımdan bu iki hərakat ölkəmizə qarşı yeni təhdidlər formalaşdıra bilər. Rusiyada çalışır ki, bu hərakatların vasitəsilə Qoblun təbirincə desək regionun Qərb yolu olan Gürcüstanı qapatsın.Tbilisi artıq özünü regiondan ayırır və Qara dəniz ölkəsi kimi özünü təqdim etmir.
Gürcüstan həmçinin Azərbaycanın tranzit cəhətdən ondan aslı olduğunu və çıxış qapımızın Gürcüstan olmasından istifadə edərək Azərbaycana qarşı maksimal tələblər irəli sürür. Bu istiqamətdə Qareçi kompleksinin Gürcüstanın yurisdiksiyasına keçilməsi və ya ixrac etdiyimiz qazın qiymətində endirimə nail olmaq; misal göstərmək olar”.
Təbii ki, ölkəmizin Gürcüstana qarşı təsir mexanizmləri var. Bu il Azərbaycan Gürcüstanın idxal etdiyi qazın 97%-ni təmin edib. Həmçinin Tbilisi indi "Poti" və "Kulevi" terminallarına qarşı Anakliya limanı ilə alternativ formalaşdırmağa çalışır. Bu limanın tikintisində ləngimələr var. Həmçinin limanın donorluğu uğrunda İvanaşvili və Hazaradze arasında uzun çəkişmələr, Amerikalılar və çinlilər arasında tender uğrunda geniş rəqabət var idi. Gürcüstanda olan hərakatlar və müxtəlif qruplar özləridə bilmədən üçüncü tərəfə oynayırlar: “Ölkəmizin Gürcüstanda təsir mexanizmlərini saxlamaq üçün, AB-la anlaşmanı imzalamalı, ÜTT-ə üzv olmalı və Gürcüstan azərbaycanlılara dəstəyi artırmalıdır. Zənnimcə, Gürcüstan və Ermənistanın Avropa ilə yaxınlaşaraq, bu işdə bizə qarşı güclü əl formalaşdırmalarına imkan verməməliyik. Xüsusilə Qərbin regionda ən böyük ticarət tərafdaşı kimi əlaqələri daha genişləndirməliyik”.