• 1 İyul 2025
logo
“Milli Şura”nın səfalət və aclıq “xilaskarları”

“Milli Şura”nın səfalət və aclıq “xilaskarları”

Yaxud su qabı su yolunda qırılar

XX əsrdə Hindistanda taun xəstəliyi ucbatından xeyli sayda insan ölür, ölkə iqtisadiyyatına ciddi ziyan dəyir. Ölkənin bir çox məşhur insanları da bu xəstəlikdən dünyasını dəyişirlər. Hindistanın əyalətlərinin birində Gaurav adlı bir siyasi təlxək fürsətdən istifadə edərək kütləni başına yığır, insanları inandırır ki, əgər xalq yığışıb onu ölkəyə rəhbər gətirsə, cəmi 1-2 gün ərzində həm xəstəliyin kökünü kəsəcək, həm iqtisadiyyat düzəldəcək, həm də hər kəs yağ-bal içərisində yaşayacaq. Bu adama inanlar da olur, gəlib qarşısında təzim eləyib əlini öpüb gedirlər. O da sevincindən bütün günü xalqa müraciətlər edir, xəstəliyin daha da artmasını istəyir ki, ona tələbat artsın. Xalq arasında şayiə buraxır ki, yeganə “xilaskar Gauravdır”. Xəstəliyin miqyası genişləndikcə Gaurava da ehtiyac yaranır, artıq ətrafında bir xeyli adam toplaya da bilir. Ancaq cəmi 1 ay sonra Gaurav taun xəstəliyindən ölür.
Sözümü nəyə gətirirəm? “Milli Şura” adlanan siyasi “bomjlar” gəmisinin virtual-zoom müzakirələrinə baxdım. Müzakirələrdə Cəmil Həsənli, Rəhman Hacıyev, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal və digərləri iştirak edirlər. Azərbaycanda elan olunan karantin rejimi ilə bağlı müzakirələr aparırlar. Heç kimə sirr deyil ki, hazırda bütün ölkələr kimi, Azərbaycan da pandemiyadan əziyyət çəkir, ölkəmizə xeyli ziyan dəyib. Heç kəs xəstəliklə bağlı sabah nə baş verəcəyini bilmir. Hər bir azərbaycanlının arzusudur ki, koronavirus bəlası tezliklə yoxa çıxsın və insanlar normal həyatlarına geri dönsünlər. Amma bütün bunları kimə deyirəm? Gültəkin Hacıbəylinin həmin müzakirələrdəki çıxışından bir parça təqdim edirəm:
“Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir. Bu da, açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də, təbliğatımızı davam etdirək. Ona görə də, heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq, bizim xeyrimizədir”.
Siyasi “bomj” G.Hacıbəylinin dediklərindən belə nəticəyə gəlmək olur ki, bu adamların istəkləri budur: xəstəlik daha çox insanın canını alsın, dövlət sarsıdıcı zərbələrlə üz-üzə qalsın, insanlar acından ölsün. Məqsədləri də budur ki, xəstəlik daha çox yayılarsa, insanların dolanışığı daha da çətinləşərsə, fürsətdən istifadə edərək hakimiyyətə gələcəklər. Hazırda G.Hacıbəyli və “Milli Şura”nın digər üzvləri hindistanlı Gauravın yolunu gedirlər. Xırda detallarda fərq ola bilər, amma “hakimiyyətə gəlmək” üçün seçdikləri yol, atdıqları addım eynidir. Xalqa aclıq, səfalət, xəstəlik arzulayan “şuraçı”larla Gaurav arasında bir fərq görürsünüzmü? Ehtiyatlı olun, sonunuz da Gauravın sonu kimi olmasın.
Təxminən 2009-cu ilin yay ayları olardı. G.Hacıbəyli deputat idi. Azərbaycan hakimiyyətinə yüksək “dozalı” təriflər deyirdi. G.Hacıbəyli ilə əlaqə saxlayıb müsahibə götürmək istədiyimi bildirdim. Haqqında ciddi ittihamlar var idi: Goranboyun Xan Qərvənd kəndində zəbt edilmiş böyük torpaq sahələri, Bakıda müxtəlif qanunsuz yollarla ələ keçirilmiş mənzillər və s. Öncə xaricdə olduğunu dedi, daha sonra əsəbləşərək əlindən torpaqları alınan Goranboy camaatının ünvanına ağır fikirlər səsləndirdi: “Kimdir axı onlar, mən deputatam, bu dövlətin (dövlətin?) əsas deputatlarından. Mənə Goranboy camaatının nə dediyi, xalqın nə fikirləşdiyi, jurnalistlərin də nə yazacağı maraqlı deyil. Nə etmişəmsə, düz etmişəm”. G.Hacıbəylinin qanunsuz əməlləri haqqında yazdıq, bundan sonra şantajla üz-üzə qaldıq. Dediyim odur ki, bu adamın ritorikası dəyişməyib, Azərbaycan xalqına münasibəti əvvəl nə cür idisə, elə indi də elədir, dəyişən heç nə yoxdur.
G.Hacıbəyli ilə bərabər 2010-cu ildə parlamentə düşməyən digər şəxslər də oldu. C.Həsənli istisna olmaqla, həmin şəxslərin əksəriyyəti başa düşdü ki, mandatdan məhrum olmaq insanlıqdan çıxmaq demək deyildir. Həyat davam edir, bu dəfə uğurlu layihələrlə çıxış etmək lazımdır. Buna xeyli nümunələr də çəkmək olar. Amma G.Hacıbəyli bunu bacarmadı, itirdiyi deputat mandatını qaytarmaq üçün hər şeyini qurban verdi: öncə hakimiyyəti şantaj elədi, iri ranqlı məmurların qapısında minnətçi düşdü, daha sonra əsəbləri pozuldu, ailəsini dağıtdı, qaynanasının mənzilini ələ keçirtdi, ərinin üstünə qoçu dəstələri göndərdi. Qısası, adam mahiyyətini, ritorikasını dəyişə bilmədi, itirdikərini qaytarmaq da daha gecdir.
Məlum zoom müzakirələrində R.Hacıyevin sözlərinə diqqət edək: “Heç kim bizi dəstəkləmir, kimin nə dost-tanışı, samballı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”. Əslində bu adamlar xalq tərəfindən tərksilah oldunduqlarını gözəl başa düşürlər, bilirlər ki, muzdlu “müxalifətçi”lər tutub statuslar yazdırmaq effektsiz, ağılsız və yersiz addımdır. Amma nə etsinlər? Suda boğulan saman çöpündən də yapşmağa məhkumdur. Nə yazdıracaqsınız? Xalqın əleyhinə?
Qənimət Zahidin dedikləri isə, “Turan tv”dəki “cəsarəti” çıxışları ilə üst-üstə düşmür. Azərbaycanda “Azadlıq” qəzetinə rəhbərlik etdiyi vaxtlar idi, qardaşı M.Sakitlə araları dəymişdi. Bir gün Mirzə şəxsiyyət vəsiqəsini itirir və Qənimət bundan xəbər tutan kimi səhəri gün qəzetdə belə bir elan verir: “Mirzə Sakit şəxsiyyətini itirib”. "Şəxsiyyət vəsiqəsi"ni yox ha, şəxsiyyətini!
İndi xaricdə oturub, Bakıda nümayəndələri də var. Məmurlara bir-biri xəbər göndərir, haqlarında rüsvayedici məlumlat paylaşacağını, veriliş hazırlayacağını deyib pul tələb edir. Açığı deyim ki, pis də qazanmır, sərvətlərinin siyahısının dərc olunacağından qorxan bəzi məmurlar ona böyük məbləğdə pul göndərirlər. Məsələn, ötən ilin mart ayında Azərbaycanda yaşayan bir iş adamından 50 min manat almışdılar. Adı da olub müxalifətçi! O rüşvətxor məmuru, oğru iş adamını başa düşdük e, bəs bütün günü vicdandan, ləyaqətdən, əxlaqdan danışan bir adam üçün bu nə deməkdir?
Qənimətin oomdakı çıxışıma diqqət edək: “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı (gülür)”. Məmurları “yükləməyi” az idi, indi də sifarişli, saxta statuslarla insanları təlaşa soxmaq, vəziyyətin pisləşəcəyinə, hakimiyyətin dəyişəcəyinə inandırmaq hansı səviyyənin göstəricisidir!?
Amma unutmayın: Bu dövlət nəinki sizin, dünyada heç bir qüvvənin ala bilməyəcəyi qaladır. Son günlərdəki "aktivliyiniz" də başa düşüləndir. Düymə basılıb: SOROS-un pullarının, Qərbin ermənipərəst dairələri qarşısında götürdüyünüz öhdəliklərin hesbatını verməyin vaxtıdır. Xalqa aclıq, xəstlik arzulamağınız da sizin yeni arzu-istəyiniz deyil, necə deyərlər, su qabı su yolunda qırılar. Dünyada öz dövlətini satan öz xalqına xəstəliklər, aclıq, ölüm arzulayan heç bir kəs sonadək başıdik gəzə bilməyib. Sosial şəbəkələrdə başıdik danışmağınıza baxmayın.

Samir Feruzov