• 19 Mart 2024
logo
“Hətta İran səmasından keçəcək təyyarəyə belə minmək istəmirəm”

“Hətta İran səmasından keçəcək təyyarəyə belə minmək istəmirəm”

İranda həbsdən yeni azad edilmiş Livan- Amerika vətəndaşı Nezar Zəkka ölkəsinə geri döndükdən sonra jurnalistlərə açıqlama verib.

O, şərti azadlığa buraxıldığı ilə bağlı İran mediası tərəfindən yayılan xəbərləri rədd edib. Zəkkarın sözlərinə görə, azad edilməsi üçün iranlılar tərəfindən irəli sürülən heç bir şərti qəbul etməyib.

Nezar Zəkka onun azad edilməsi prosesində “Hizbullah” terror təşkilatının baş katibi Həsən Nəsrullahın rolunu təkzib edib. O qeyd edib ki, azad edilməsi istiqamətində yalnız Livan dövləti və şəxsən prezident Mişel Aun əllərindən gələni ediblər.

Evin həbsxanası da təsvir edən keçmiş livanlı məhkum oranı dünyanın ən dəətli və ən qorxunc həbsxanalarından biri adlandırıb. Orada digər xarici vətəndaşların da məhkumluq həyatı yaşadığını deyən Zəkkar onların başına gətirilən oyunlardan, məruz qaldıqları dəətli və ağlasığmaz işgəncələrdən danışıb.

“Evin zindanı dünyanın ən qorxunc zindanlarındandır. İranlılar burda mənə qarşı işgəncənin hər bir növünü tətbiq etdilər. İran məhkumlarla bağlı heç bir beynəlxalq qanun və prinsipə əməl etmir.”

Nezar Zəkka bir daha İrana rəsmi səfər edib-etməyəcəyindən də danışarkən bildirib: “Mən bir daha İrana getməyəcəyəm. Hətta başqa bir ölkəyə gedərkən, ilk öncə soruşacağım sual təyyarənin İran səmasından keçib- keçməməsi olacaq. Hətta əgər təyyarə İran səmasından uçacaqsa, ona minməyəcəm.”

Qeyd edək ki, Amerika və Livan vətəndaşlığı olan Nezar Zəkka 2015-ci ildə İran prezidentinin müavininin rəsmi dəvəti ilə İrana getmişdi. O, bu rəsmi səfər zamanı “Sepah” tərəfindən bütün beynəlxalq qanunlara zidd olaraq həbs edilmişdi.