• 16 İyul 2019
logo
add image
Milli Məclisin növbədənkənar sessiyası keçirilib

Milli Məclisin növbədənkənar sessiyası keçirilib

Dünən Milli Məclisin növbədənkənar iclası davam etdirilib.
Ümumilikdə iyunun 13 və 14-də keçirilən iclaslarında deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında" və "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə ediblər. Millət vəkilləri həmçinin “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə emtəsi qaydcası haqqında” qanun layihəsi barədə danışıblar.
Qeyd edək ki, iclasların gündəliyinə 36 məsələ daxil edilib.
Parlamentin iclasında çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, iyunun 15-də Azərbaycanda Qurtuluş Günü qeyd olunur. Onun sözlərinə görə, 1993-cü ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb: “Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik”. O bildirib ki, o vaxtlar Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək ərəfəsində idi: “Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda xalqımız üzünü Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndərdi. Ulu öndərin Azərbaycana, hakimiyyətə qayıtması ilə Azərbaycan xalqını böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Bu zaman Azərbaycanda müasir dövlətin istiqamətləri müəyyənləşdi”. Oqtay Əsədov Qyrtuluiş Günü münasibətilə hər kəsi təbrik edib: “Ona görə biz hər il iyunun 15-ni Azərbaycanda Qurtuluş Günü kimi qeyd edirik. Fürsətdən istifadə edib hamımızı bayram münasibətilə təbrik edirəm. Azərbaycan xalqına inkişaf arzulayıram”.
Deputat Şəmsəddin Hacıyev bildirib ki, rəzalət içində yaşayan Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq? Onun sözlərinə görə, guya Ermənistanda həyat səviyyəsi Azərbaycandan yüksəkdir. O, bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində danışıb. Şəmsəddin Hacıyev qeyd edib ki, Ermənistan hökuməti ölkə iqtisadiyyatına nəzarət edə bilmir: “Ermənistan hökuməti ölkə iqtisadiyyatının 80 faizin nəzarət etmir. Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri Ermənistandan 8 min dollar çoxdur”.
Qeyd edək ki, plenar iclasda "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub. Ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib. Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.
Milli Məclisdə həmçinin “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Yeni hazırlanan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, “Normativ hüquqi aktlar haqqında” qanunda qanun layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası yer alıb. Bu müddəalar vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif etdikləri qanun layihələrinə də şamil olunur”. Onun sözlərinə görə, elə təəsürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır: “Bu, mümkün deyil. “Normativ hüquqi aktlar haqqında” qanunun tələbləri var və ona riayət edilməlidir”.
Xatırladaq ki, bu qanun Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:
Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi; əmək haqqının məbləği və onun ödənilməsi qaydası; cinayət və ya inzibati xətalar; ailə münasibətləri; ərazi quruluşu və inzibati ərazi bölgüsü; dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz. Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan azı 300 nəfər Azərbaycan vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.
Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorlar seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi barədə iclas protokolu iclasın sədri və katibi tərəfindən imlazanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur.
Təşəbbüs qrupunun iclasında iştirak edən vərəndaşların siyahısında onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir. Təşəbbüs qrupunu onun sədri təmsil edir. Sədr müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərdən biri icra edir.
Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Təşəbbüs qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir.
Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzalarını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir. Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını, adını yazır və imzalama tarixini qeyd edir. Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər.
Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. İmza toplanlanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanması nəticələri haqqında protokol tərtib edilir və təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır. Bu protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunur. Bu qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.