• 2 Dekabr 2020
logo
MM GUAM-ın Nizamnaməsində dəyişikliklərə dair Protokolu təsdiqləyib

MM GUAM-ın Nizamnaməsində dəyişikliklərə dair Protokolu təsdiqləyib

Milli Məclisin bu gün keçirilən iclasında “GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

İclasda 2019-cu il sentyabrın 26-da Nyu-York şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi təklif edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.