• 26 Noyabr 2020
logo
“Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır”

“Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır”

Sahibə Qafarova: “Qırxdan çox üzv ölkənin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olduğunun göstəricisidir”

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
İclasın gündəliyinə 11 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və. s qanunlara dəyişiklik layihələridir.
Əvvəlcə cari məsələlər müzakirə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olduğunun göstəricisidir".
Spiker bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını qeyd edən Milli Məclisin Sədri vurğulayıb ki, bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir: "Ona görə də möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır".
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir. Ölkəmiz sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür: "Hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətlidir".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar icra hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var: “Ölkə rəhbəri deyir: sitat: dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırsa, daha ağır vəziyyətdə, nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət! Sitatın sonu”.
Komitə sdəri bildirib ki, biz məhz bu sual üzərində düşünməliyik: “Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır və bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur! Ona görə istər icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb...”.Zahid Orucun sözlərinə görə, son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir: “Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların-yoxsulluqda yaşadıgı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əskərlərimiz Vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən ogullarımız o torpaqları ona görəmi qoruyur ki, onu icra başçısı Mahir Quliyev sadə vətəndaşın - Vaqıf Abışovun əlindən zorla alsın? O adamlar dünənə qədər rəhbər qiyafəsində gəlib şəhidlərimiz qarşısında baş əyirdilər, o əllərlə qəhrəmanların məzarına gül qoyurdular, elə həmin çirkli əllərlə də sadə vətəndaşın haqqını yeyirdilər. Cənab prezidentin hökmü və cəzası ona görə qətidir və sərtdir: Ali Baş komandan bunlara “xəyanət” deyir! İndi üstündən 20 il keçəndən sonra başa düşürük ki, Avropa Şurasına qəbul olunanda məcburən “vətənə xəyanət” maddəsini hüquqi sənədlərdən çıxarmalı olduq. Təəssüf! Lakin son həbslər göstərdi ki, Prezidentin humanizminin sonsuzluğuna ümid edənlər yanılırlar!”
Deputat Musa Qasımlı deyib ki, yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür. O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə həmkarı Razi Nurullayevə cavab olaraq bildirib ki, burada həmkarım Əli Kərimli ilə bağlı məsələyə toxundu və onu siyasətçi kimi təqdim etdi: “Məbu bu fikirlə razı deyiləm, Əli Kərimli siyasətçi deyil, o, siyasi alverçidir".
O bildirib ki, Əli Kərimlinin işi odur ki, Azərbaycanı gözü götürməyən xarici dairələrlə, erməni lobbisi ilə alverə girsin, ölkəmizə qarşı qarayaxma aparsın: “Onun hansı dəyərləri var ki, gəlib dialoqda iştirak etin? Xaricdən buna tapşırıq verənlər desə, dialoqa gələcək. Və orada o həmin dairələrin maraqları ilə gələcək və ona görə də ona siyasətçi demək olmaz”.
Siyavuş Novruzov deyib ki, icra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır: “Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib.
Parlament sədrinin birinci müavini Əli Hüseynli deyib ki, hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur. Onun sözlərinə görə, hazırda Ali Məhkəmədə 9 hakim statı boşdur: “Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda bütün strukturlarda oduğu kimi məhkəmə sistenmində də ciddi islahatlar aparılıb. O bildirib ki, baxılmalı olan işlərin çoxluğu məhkəmə sisteminin işində də çətinliklər yaranır: “Statistika Komitəsindən verilən məlumata görə, evlənənlər arasında boşanmalar təxminən 30 faiz təşikl edir ki, bu da təxminən 17 min iş edir, bütün bu işlərə məhkəmələr baxır. Digər sahələrdən də daxil olan məsələləri nəzərə alsaq, bütün bu işləri görmək çətindir. Yəni hakimlərin baxdığı işlərin sayı həddindən artıq çoxdur”. S.Novruzov bildirib ki, bəzi icra başçıları insanların torpaqlarını əlindən alırlar: “Görürük ki, icra başçısı çatan kimi camaatın torpaqların əlindən alır. Bu hallar indi ortaya çıxır. Vaxtında məhkəmə qərarı olsaydı indi belə problemlər oryata çıxmazdı. Məhkəmələr qalır bu qıraqda icra başçısı düşür ortaya ki, şəhadətnamələri gətirin mən seyfimdə saxlayım. Bu baxımdan məhkəmələrdə ədalətli qərarın rolu böyükdür”.
S.Novruzov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı ədalətsiz qərarların qəbul etməsinə də toxunub: “Avropa Məhkəməsi ağına-qarasına baxmadan, müzakirə aparmadan qərar verir, ədalət əvəzinə ədalətsizlikklə məşğul olur. Avropa Məhkəməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı kifayət qədər iş var var ki, insanlarımızın bütün fundamental hüquqları, yaşamaq, mülkiyyət hüquqları pozulub, ancaq indiyə qədər Avropa

Məhkəməsi bununla bağlı heç bir qərar verməyib. Amma Azərbaycandan bir şikayət gedən kimi ki, mən filankəsin qohumuyam, Əli Kərimliyə işləyirəm, onda mürəkkəb qurumamış Avropa Məhkəməsi qərar qəbul edir. Bir insan konkret törətdiyi əməllə bağlı heç nəyi araşdırmır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hakimin uğurlu həyatının əsasında ədalət dayanır: “Ədalət olmayanda qanuna hörmət itmiş olur”. O bildirib ki, bu hakimlərin hər biri təqdim olunan vəzifəyə layiqdirlər: “Hər birinin həyat yolu var. “Qalxın, məhkəmə gəlir” deyəndə insanlar ədalətin ayağına qalxırlar. Bu ədaləti heç zaman ayaq altına atmağa yol vermək olmaz. Hakimləri çox yaxşı tanıyırıq. Onların yüksək keyfiyyətli kadrlar olduqlarına da inanıram. Hər birinə ədalətli fəaliyyət arzulayıram".
Deputat Vahid Əhmədov deyib ki, hazırda Ali Məhkəmə sədrinin əmək haqqı Milli Məclis sədrinin əmək haqqına bərabər səviyyədədir: “Hazırda məhkəmələrdən gələn şikayətlərin sayı olduqca çoxdur”. O bildirib ki, məhkəmə sisteminin çıxardığı qərarlardan çox şey asılıdır: “Bank sistemi, mülkiyyət sistemi ilə əlaqədar məhkəmələrin çıxardığı qərarlarla əlaqədar çox şikayətlər olur. Bu şikayətlər çox halda öz həllini tapa bilmir. Beləliklə, ədalət öz həllini tapa bilmir. Məhkəmə sistemi tamamilə dəyişilməlidir. Yeni gələn insanlar hansısa məmur, icra başçısına görə qərarlar çıxarmamalıdır. Təyin edilən hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarına uyğun qərarlar qəbul etsinlər. Ölkə başçısının qarşıya qoyduğu məqsəd bir günlük, iki günlük məqsəd deyil. Korrupsiyaya qarşı addımlar istər aşağı səviyyədə, istərsə də yuxarı səviyyədə davam etdiriləcək”.
Deputat Sadiq Qurbanov isə bildirib ki, bu, məhkəmə-hüquq sistemində gedən islahatlar çərçivəsində ciddi addımdır: “Bu gün təyin olunan hakimlərdən ən yüksək gözləntimiz ölkə başçısı tərəfindən aparılan islahatlar kursuna dəstək vermələridir”.

Əli