Türk dünyasının birləşməsini, müttəfiqliyini istəməyən bir sıra ölkələr var.
Bunu Ankara Bilim Universitetinin müəllimi Damla Taşkın Bakıda "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin dövlət başçıları arasında intensivləşən görüşlər ölkələrimizlə yanaşı, bölgənin tərəqqisi üçün də mühüm önəm kəsb edir: “Dünya siyasi liderləri arasında ən çox görüşən iki lider Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir. Bu görüşlər həm bölgənin, həm də iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox önəmlidir. Bu görüşlər bizim ölkəmizin proaktiv siyasətini daha da inkişaf etdirir. Təbii ki, Türk Dünyasının birləşməsini istəməyən bir çox ölkə var. Lakin liderlər arasındakı birliyin sağlam olması bu kimi cəhdləri iflasa uğradır. Dünyanın təməlini sarsıdan hadisələrin fonunda hər iki ölkənin dövlət başçılarının Laçın hava limanının açılışında birlik mesajları verməsi bütün geosiyasi təhdidlər fonunda çox vacibdir”.