Azərbaycanla sərhədin delimitasiyası məsələsində Almatı bəyannaməsindən başqa prinsiplərin mövcudluğu müzakirə olunmur.
Baymedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da keçirilən mətbuat konfransında deyib.
“Mən danışıqlar etiketini pozmamaq üçün irəli gedib, detalları açıqlamaq istəmirəm, lakin başqa prinsiplər müzakirə olunmur", - Mirzoyan bildirib.