• 15 Oktyabr 2024
logo
Bakının Cammu və Kəşmirlə bağlı mövqeyi… - Səfirlik

Bakının Cammu və Kəşmirlə bağlı mövqeyi… - Səfirlik

Azərbaycan Cammu və Kəşmirlə bağlı problemin beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək sülh yolu ilə həllinin dəstəkləyir.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin X hesabında paylaşım edilib.

"Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam riayət etməklə sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır",-məlumatda qeyd edilib.