• 22 Oktyabr 2024
logo
Parlament seçkiləri bu tarixdə keçiriləcək

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Xəbər verdiyimiz kimi, YAP-dan olan millət vəkilləri seçkilərin 2 ay əvvələ keçirilməsi təklifi ilə Prezident İlham Əliyevə müraciət edilməsinə qərar veriblər.

Baymedia.az xəbər verir ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Bu baxımdan növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkiləcəyi gözlənilir.

Azərbaycan Konstitusiyasının V fəslinin 84-cü maddəsinin ikinci bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Əgər təklif qəbul edilərsə, seçki sentyabrın 1, yaxud 8-i tarixlərində keçirilə bilər.