• 22 Oktyabr 2024
logo
Qərbin Cənubi Qafqazdakı gündəliyi... – Qaluzin

Qərbin Cənubi Qafqazdakı gündəliyi... – Qaluzin

Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir.

Baymedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə açıqlamasında Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib.

“Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək. Bölgədə təhlükəsizliyin effektivliyini müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar. Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”, – Qaluzin bildirib.