• 22 Oktyabr 2024
logo
“Sezar” gəlir: İrəvan savaşda buna görə uduzmuşdu

“Sezar” gəlir: İrəvan savaşda buna görə uduzmuşdu

Müasir döyüşlərdə dronların hücum təhlükəsi nəzərə alınmaqla artilleriyanın sürətli hərəkəti çox vacibdir.

Baymedia.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Pavel Felgenhauer erməni mediasına açıqlamasında Ermənistanın Fransadan “Sezar” haubitsaları almasını şərh edərkən deyib.

Onun sözlərinə görə, erməni tərəfi 44 günlük müharibədə məhz artilleriyanın pilotsuz təyyarələr tərəfindən sıxışdırıldığı üçün uduzdu:

“Kamuflyaj kömək etmədi, artilleriya kifayət qədər statik idi. Birinci Qarabağ müharibəsində yaxşı işlədi, ikincisində isə kifayət qədər həssas oldu. Erməni tərəfi artilleriyada böyük itki verdi və artilleriya dəstəyi olmadan hər şey acınacaqlı bitdi. Erməni tərəfinin əsas problemi müasir artilleriyanın olmaması idi. Bu, müharibədə məğlubiyyətə səbəb oldu.

Ona görə də artilleriya qüvvələrinin islahatlarından başlamaq məqsədəuyğundur, Ermənistan da bunu edir”.

Qeyd edək ki, İrəvan və Paris Fransanın SEZAR özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar.