• 24 İyul 2024
logo
Mehriban Əliyev Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

Baymedia.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”