• 22 Oktyabr 2024
logo
Minsk İrəvanın cavabını verdi: Qardaş Azərbaycanla...

Minsk İrəvanın cavabını verdi: Qardaş Azərbaycanla...

Belarus Ermənistan Baş naziri Nikol Paşinyanın Minsklə bağlı impulsiv bəyanatlarını sakit qiymətləndirir.

Baymedia.az xəbər verir ki, bunu Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski deyib.

“Biz Nikol Paşinyanın impulsiv bəyanatlarını sakitliklə qiymətləndiririk. Bizi çoxəsrlik tarixi bağlarla bağlayan qardaş erməni xalqına hörmətimizi davam etdiririk”, - Şpakovski bildirib.

Onun sözlərinə görə, Belarus Ermənistanda gedən daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır:

“Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də oxşar yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik.

Eyni zamanda, tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya-ya da” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Nikol Paşinyan Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyini bildirib. Eyni zamanda o, KTMT-ni guya Belarusa görə tərk etmək istədiklərini vurğulayıb.