• 22 Oktyabr 2024
logo
Paşinyan “bir aya sülh” dedi, sərhəddə atəş açıldı

Paşinyan “bir aya sülh” dedi, sərhəddə atəş açıldı

Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalmasını necə başa düşmək lazımdır? Bu Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır.

Baymedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Fevral ayının əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribat Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda “5-ci kolonun” varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə, bu, Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq”, - o bildirib.