• 23 İyun 2024
logo
Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert

Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifətin hakimiyyətə gəlmə potensialı birmənalı olaraq Azərbaycanla sülh prosesinin dayandırılması demək olacaq.

Baymedia.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Onlar hakimiyyətə gəlsələr, sərhədin delimitasiyası və demarkasiyası prosesi də dayandırılacaq. Qalstanyanın dəfələrlə Azərbaycanın ali rəhbərliyinə qarşı kobud bəyanatlar səsləndirdiyini görmüşük. Qalstanyanın bacarıqsız olduğu göz qabağındadır. O, Erməni Apostol Kilsəsinin, eləcə də qlobal erməni elita və diasporunun əlaltısıdır. Baqrat Ermənistanın Azərbaycandan qisas almasının simvoludur”, - o bildirib.

Korotçenkonun sözlərinə görə, Ermənistan praktikada hərbi yolla revanşa nail ola bilmir:

“Azərbaycanın heç bir münaqişəyə ehtiyacı yoxdur - o öz suverenliyini bərpa edib. Ermənistanın isə Azərbaycana qarşı tarixi ərazi iddiaları var. Və Türkiyəyə də. Dünən müxalifət mitinqində hökumət binasının üzərinə Ağrıdağ sözləri proyeksiya edib. Müxalifət aqressiya mənbəyidir. Bu cür aqressiya genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Belə olan halda Ermənistan Zəngəzuru itirə bilər. Heç kim Ermənistan üçün döyüşməyəcək. Rusiya bunu etməyəcək. Ermənistan KTMT-də iştirakını dondurub, struktura rüsum ödəmir, Qərbə yaxınlaşır. Makron vədlərinə baxmayaraq, AB və ABŞ kimi İrəvan üçün ciddi heç nə etməyəcək. Qisas almaq istəyən müxalifət İrəvanı hərbi münaqişəyə cəlb edən kimi AB-nin müşahidə missiyası dağılacaq və onlar qısa bir zamanda Ermənistandan evakuasiya olunacaqlar. Ermənistan ərazisinin bir hissəsini itirəcək. Revanşist müxalifətin hakimiyyətə gəlməsi İrəvanı ərazisinin bir hissəsini itirmək, yeni hərbi-siyasi məğlubiyyət və kapitulyasiya ilə üzləşdirəcək”.