• 16 İyun 2024
logo
İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı

İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.

Baymedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.