• 20 İyun 2024
logo
İmaməli Rəhmanın rəsmi qarşılanma mərasimi oldu

İmaməli Rəhmanın rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

Baymedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti İmaməli Rəhmanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident İmaməli Rəhman fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti İmaməli Rəhmanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Tacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham ƏliyevAzərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli RəhmonAzərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli RəhmonTacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimiAzərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli RəhmonTacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimiTacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham Əliyev