• 17 May 2024
logo
Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə cavab verməyib.

Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirinin müavini Alibek Bakayev deyib.

“Bu ölkələr (Azərbaycan və Ermənistan - red.) mənim yurisdiksiyamda deyil, amma bildiyimə görə, görüşün tarixi hələ müəyyən edilməyib, çünki gələcək iştirakçıların heç də hamısından cavab alınmayıb: Ermənistan hələ ki, razılığını verməyib, lakin biz bu danışıqların baş tutacağını gözləyirik”, - Bakayev bildirib.