• 20 May 2024
logo
Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir.

Baymedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

"Əgər onlar bəzi səbəblərdən indi Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin olmağını istəmirlərsə, onlar bunu deməlidirlər. Lakin bir daha deyirəm, onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər. Onlar heç vaxt tranzit ölkə olmayıblar, mən müstəqil ölkə kimi nəzərdə tuturam və heç vaxt olmayacaqlar. Çünki sülh qovşağı ilə bağlı bütün bu fərziyyələr Azərbaycan olmadan qətiyyən real deyil. Əgər düşünürlər ki, kimsə gəlib İrandan Ermənistana və Gürcüstana dəmir yolu inşa edəcək, onlar elə birini tapmalıdırlar ki, kim bilir bəlkə də hansısa səbəbə görə 5-7 milyard ABŞ dolları xərcləsin. Halbuki İran ilə Azərbaycan arasında quru əlaqəsi var, Şimal-Cənub Nəqliyyat Dəhlizi tikilir və Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsi mövcuddur. Hər halda, gələcəklərini necə planlaşdırmaq onların öz işidir", - Prezident bildirib.