• 6 May 2024
logo
DAK-ın qurultayı Albaniyada keçirilə bilər

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Dünya Azərbaycanlıları Konqresinin keçmiş və hazırkı idarə heyətinin bir qrup üzvü təşkilatın növbəti qurultayının Albaniyada keçirilməsini təklif edib.

Baymedia.az xəbər verir ki, bu təklif aprelin 23-də keçirilən onlayn iclasda irəli sürülüb.

Qurultayın yeri və vaxtının razılaşdırılması üçün DAK rəhbərliyi ilə danışıqlar aparılması qərara alınıb.

Bildirilib ki, qurultayda əsasən İran məsələsi, İranda yaşayan azərbaycanlıların və qeyri-fars xalqların vəziyyəti barədə müzakirələrin aparılması planlaşdırılıb.