• 4 May 2024
logo
Biz buna fürsət kimi baxırıq - Prezident

Biz buna fürsət kimi baxırıq - Prezident

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.

Baymedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

Dövlət başçısı vurğulayıb:

"Biz buna (Azərbaycanın COP29-a sədrliyinə - red) həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq".