• 3 May 2024
logo
Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Ermənistan ordusu Azərbaycana təhvil verilən Qazaxın kəndlərindən geri çəkilib.

Baymedia.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan açıqlayıb.

"Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi - ordumuz mövqelərimizdən geri çəkildi. Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür, - o Kirants kəndində deyib.