• 3 May 2024
logo
Bu məsələdə də Azərbaycana uduzduq - Davtyan

Bu məsələdə də Azərbaycana uduzduq - Davtyan

Ermənistan “Şimal-Cənub” meqaproqramından sıxışdırılır. Təəssüf ki, belə böyük layihədən kənarda qalacağıq.

Baymedia.az Globalinfo.az-a isitinadla xəbər verir ki, bunu erməni enerji təhlükəsizliyi üzrə ekspert, iqtisadçı Vahe Davtyan deyib.

İqtisadçı artıq bu məsələdə Moskva və Tehranın da fikrinin bəlli olduğunu deyib:

“İranın Energetika Nazirliyi İran-Azərbaycan-Rusiya elektrik dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu elan edib. Bu, tərəflərə elektrik enerjisinin geri axınını təmin etmək imkanı yaradır. Beləliklə Ermənistan “Şimal-Cənub” meqaproqramından kənarda qoyulur. Proses tamamilə Rusiya və İranın geoiqtisadi maraqlarına uyğun həyata keçirilir ki, onların da mövqeyi aydındır. Yəni biz bu məsələdə də Azərbaycana uduzduq.

Nəzərə almaq lazımdır ki, regionun enerji-nəqliyyat arxitekturası artıq formalaşıb, onun əsasında bütün digər proqramlar dəstəklənir. “Orta dəhliz” buna əyani sübutdur. Ermənistanın enerjisinə və geoiqtisadi tərəqqiyə əhəmiyyətli töhfə verə biləcək yeganə layihə “Şimal-Cənub” elektrik ötürücü dəhlizdir. Lakin gördüyümüz kimi, biz faktiki olaraq oradan sıxışdırılırıq”.