• 23 İyun 2024
logo
Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir.

Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, bu, həm də 44 günlük Vətən müharibəsində şəhid vermədən Kəlbəcər, Laçın və Ağdamın işğaldan azad edilməsində özünü ifadə edən diplomatik nailiyyətin məntiqi davamıdır:

“Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onunla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasına müvəqqəti hal kimi yanaşırdı. Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, düşünürdük ki, İlham Əliyev ölkədə erməni separatizminə son qoymağı başlıca hədəf olaraq müəyyənləşdirib. Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, Prezidentin önündə baş əyərək, ondan və Azərbaycan xalqından yalanlarına görə üzr istəməlidir”.