• 30 Aprel 2024
logo
AQEM-ə sədrlik Azərbaycana keçdi

AQEM-ə sədrlik Azərbaycana keçdi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Azərbaycana keçib.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezident İlham Əliyevin aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edərkən məlumat verilib.

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.