• 30 Aprel 2024
logo
Makronun Bakıdakı səfirini bu tərzdə çağırması…

Makronun Bakıdakı səfirini bu tərzdə çağırması…

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağrılmasını Parisin antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Səfirin Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi bunun əlamətidir.

Baymedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, başda Fransa prezidenti olmaqla, bu ölkənin siyasi mərkəzlərinin antiazərbaycan siyasəti Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyətini də çətinləşdirmişdi:

“Fransa səfirinin nümayişkəranə şəkildə Parisə çağrılması rəsmi Bakını da adekvat addıma məcbur edə bilər, yəni Azərbaycanın da Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılacaq”.