• 29 Aprel 2024
logo
Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...

Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...

Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır.

Baymedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır.

Hökuməti başçısı bildirib ki, təklif etdikləri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.