• 19 May 2024
logo
Ermənilərin sərhədimizdəki döyüş mövqelərində 38 gündür...

Ermənilərin sərhədimizdəki döyüş mövqelərində 38 gündür...

Ermənistan ordusunun Azərbaycanla sərhəddəki döyüş mövqelərində 38 gündür yerdəyişmə yoxdur.

Baymedia.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə hərbçilərin yaxınları sosial şəbəkələrin erməni seqmentində yazır.

Məlumatlara görə, Ermənistan ordusunda qida və canlı qüvvə çatışmazlığı var.

Karapet Poqosyan adlı erməni yazır ki, 38 gündür bəzi döyüş mövqelərində heç bir dəyişmə yoxdur.

“Validenylər həyəcan təbili çalır, ərzaq və yanacaqla bağlı ciddi problemlər var, vəziyyət narahatedicidir. Baş verənlər ərazidəki mövqelərin təslim edilməsi ssenarisinə bənzəyir”, - o qeyd edir.

Anna Arutyunyan adlı erməni isə yazır ki, əsgərlər qida çatışmazlığından xəstələnir, komandirlər isə onları həkimə aparmaq üçün mövqelərdən aşağı endirmək istəmir, “səni əvəz edən yoxdur” deyirlər.

“Gigiyena probemi var, canlı qüvvə çatışmır, əsgərlər xəstələnirlər”, - Arutyunyan bildirir.