• 27 Aprel 2024
logo
Onların Ermənistan-Türkiyə sərhədindən çıxarılması...

Onların Ermənistan-Türkiyə sərhədindən çıxarılması...

İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub:

“İrəvan və Moskva bunu müzakirə etmir”.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin bu ilin avqustun 1-də hava limanını tərk edəcəklərini demişdi. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.