• 27 Aprel 2024
logo
Jurnalistlərin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi

Jurnalistlərin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.

Baymedia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.

Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.

***

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.