• 1 Dekabr 2022
logo
Jurnalistlərin VIII qurultayı başladı

Jurnalistlərin VIII qurultayı başladı

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı üçün qeydiyyat başlayıb.

Baymedia.az xəbər verir ki, qeydiyyat saat 09:00-dan 10:00-dək aparılacaq. Saat 10:00-da qurultay işinə başlayacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir.

***

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.

İlk olaraq sədarət, katiblik, say və mandat komissiyalarının yaradılması nəzərdə tutulur.

Bundan sonra qurultayın iş planının təsdiq edilməsi planlaşdırılır.

Qurultayın qrafikinə görə, daha sonra Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək.

Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək.

Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir. 46 namizəddən 23-nün yeni idarə heyətinə üzv seçilməsi planlaşdırılır.