İTV-nin baş direktoru vəzifəsinə seçki keçirilib.
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.
***
10:43
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası başlayıb.
İclas Audiovizual Şuranın inzibati binasında keçirilir.
İclasda İTV-nin yeni baş direktoru seçiləcək.
Artıq gizli səsvermə keçirilib və namizədlərin təklifləri dinlənilib.
Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.