• 17 Aprel 2024
logo
Azərbaycanda nəşriyyat və poliqrafiya ƏDV-dən azad oluna bilər

Azərbaycanda nəşriyyat və poliqrafiya ƏDV-dən azad oluna bilər

Azərbaycanda kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin, həmin malların (məhsulların) istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalının və satışının, habelə bu məhsulların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, bu da sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına və sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə yönəlib.
Mövcud qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.
Yeni təkliflərdə isə KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi yer alıb.
Bundan əlavə, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin də (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunması təklif edilib Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisə təqdim olunub və onların üzərində müzakirələr davam etdirilir.