• 4 Oktyabr 2022
logo
Bir qrup media təmsilçisi Ağdam şəhərində ilk yaşayış binasının inşası ilə tanış olub

Bir qrup media təmsilçisi Ağdam şəhərində ilk yaşayış binasının inşası ilə tanış olub

Ağdam rayonunda səfərdə olan bir qrup media təmsilçisi Ağdam şəhərində ilk yaşayış binasının inşa olunduğu əraziyə baş çəkiblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, tikintinin gedişi ilə tanış olan jurnalistlərə məlumat verilib ki, binanın layihələndirilməsində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri iştirak edib. Binada mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.