• 22 İyul 2024
logo
Bu ölkədə Fransa kanalının yayımı dayandırıldı

Bu ölkədə Fransa kanalının yayımı dayandırıldı

Burkina Faso Rabitə Şurası Fransanın “TV5 Monde” telekanalının regional bölməsinin yayımını altı ay müddətinə dayandırıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Faso 7” portalı hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, yayımın dayandırılmasına səbəb telekanalın qonaq kimi dəvət etdiyi veriliş iştirakçısının ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı mənfi fikirlər səsləndirdiyi müsahibəni yayması olub.

“Rabitə Şurasının qərarı 2024-cü il iyunun 17-də xəbərlər proqramının buraxılışlarından birinin məzmununda müəyyən edilmiş qanun pozuntularından sonra qəbul edilib. Tənzimləyicinin mütəxəssisləri bu buraxılışda yanlış ittihamlar, dezinformasiya tipli şərhlər görüblər”, - məlumatda qeyd olunub.

Qadağa iyunun 18-dən qüvvəyə minib. Telekanal həmçinin 50 milyon Mərkəzi Afrika frankı (təxminən 76 min avro) məbləğində cərimə də ödəməli olacaq.