• 16 İyun 2024
logo
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib

Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib

Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.

Baymedia.az xəbər verir ki, Mətbuat Şurası bununla bağlı nekroloq yayıb.

Mətbuat Şurası mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb.

Allah rəhmət eləsin!