• 29 Aprel 2024
logo
Jurnalist Rafiq Məmmədli vəfat etdi

Jurnalist Rafiq Məmmədli vəfat etdi

Jurnalist Rafiq Məmmədli vəfat edib.

Baymedia.az xəbər verir ki, bu barədə xaricdə yaşayan telejurnalist Çingiz Sultansoy məlumat verib.

Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, “Turan” İA, “Azadlıq” qəzetində, “Monitor” jurnalında, “Bakinski Vedomosti” qəzetində və Azadlıq radiosunun Bakı bürosunda çalışıb. Rafiq Məmmədli həmçinin İT mütəxəssisi idi.