• 24 May 2024
logo
Xaçmazda mikroavtobus körpüdən aşdı

Xaçmazda mikroavtobus körpüdən aşdı

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, "Ford" markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.