• 23 Aprel 2024
logo
Mikroavtobusla yük maşını toqquşdu: 1 ölü, 6 yaralı

Mikroavtobusla yük maşını toqquşdu: 1 ölü, 6 yaralı

Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az xəbər verir ki, hadisə zamanı "Mersedes Vito" markalı mikroavtobusla QAZ-53 markalı kiçik tutumlu yük maşını toqquşub.

Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb.

Habelə Şəmkir rayon sakinləri - 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1985-ci il təvəllüdlü Vüsal Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.