• 23 Aprel 2024
logo
17 nömrəli məktəbdə yanğın

17 nömrəli məktəbdə yanğın

Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Baymedia.az-a bildirilib ki, FHN əməkdaşları səhər 10:16-da hadisə yerinə yola düşüblər və yanğın 10:24-də söndürülüb.

İlkin ehtimala görə, yanğın məişət tullantılarının yanması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.