• 27 İyul 2024
logo
Xankəndidə ötən gün 73 qumbara, 17 avtomat aşkarlanıb

Xankəndidə ötən gün 73 qumbara, 17 avtomat aşkarlanıb

Xankəndi şəhərində oldu silah-sursat aşkarlanıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.