• 27 İyul 2024
logo
Aeroport yolunda sürət həddi aşağı salındı

Aeroport yolunda sürət həddi aşağı salındı

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.