• 27 İyul 2024
logo
Qusarda mikroavtobus aşdı: xəsarət alanlar var

Qusarda mikroavtobus aşdı: xəsarət alanlar var

Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.

Baymedia.az xəbər verir ki, Qusarda sərnişin daşıyan mikroavtobus Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.