• 27 İyul 2024
logo
Son 1 həftədə Qarabağda nə qədər mina aşkarlanıb?

Son 1 həftədə Qarabağda nə qədər mina aşkarlanıb?

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr - 10 dekabr) məlumatında deyilir.

Məlumata görə, ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.