• 2 Mart 2024
logo
Horadizdə traktor minaya düşdü: xəsarət alan var

Horadizdə traktor minaya düşdü: xəsarət alan var

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Baymedia.az-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.