• 27 İyul 2024
logo
Prokuror erməni diversanta 18 il həbs cəzası istədi

Prokuror erməni diversanta 18 il həbs cəzası istədi

10:34

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilir.

Baymedia.az verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Müşfiq Rəhimov ittiham aktını elan edəcək.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib.

Bu barədə Voskanyan Qagik Aşotoviçin ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Voskanyan Qagik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş,habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən proses davam edir.

***

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs Voskanyan Qaqik Aşotoviç ifadə verib.

Eyni zamanda, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə elan edilib.

İfadəsinə görə, o, 2023-cü ilin yayında Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan Hərbi Komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb olunub.

Belə ki, Q.Voskanyan, 16.08.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etdikdə, oradan uzaqlaşmasına kiminsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq niyyətilə əynindəki zirehli gödəkçəni çıxarmadan ona təhkim edilmiş silah-sursatı da özü ilə götürüb.

Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra artıq havanın qaranlıq vaxtı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşıb. Belə ki, havanın qaranlıq olmasına baxmayaraq, təxminən 50 metr məsafədən 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib. Elə bu vaxtı normal yerişlə qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları onun da azərbaycanlı olduğunu zənn edərək, "salam qardaş" ifadəsi ilə salamlayarkən, onlara rus dilində "privet" cavabını verib. Onun "privet" cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, azərbaycanlı hərbçilər onun istiqamətində normal yerişlə hərəkətlərini davam etdirib, bununla belə o, əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəşlər açıb.

O ifadəsində göstərib ki, atəş açmaqla həmin şəxsləri şüurlu surətdə öldürməyə yol verib, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməyib.

Bu zaman azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlayıb və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənib.

O, əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə edərkən, Azərbaycan hərbçilərinin atəş açmadan onu yaxalamaq istədiyini anladığından o, təslim olmamaq qərarına gəlib. Müqavimət göstərmək məqsədilə əvvəlcə isti qış və zirehli gödəkçəsini əyninə geyinib, ardınca isə Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə atəş açıb. Yalnız bundan sonra onu öldürmədən tərksilah etmək məqsədilə üzərinə gələn üç Azərbaycan hərbçisindən birinin açdığı atəş nəticəsində ayağından yaralanaraq, ardınca yaxalanıb.

***

Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini ümumi, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.