• 27 İyul 2024
logo
Polis zəlzələyə görə gücləndirilmiş iş rejiminə keçdi

Polis zəlzələyə görə gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanda polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Baymedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, nazirlik tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib.

"Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - məlumatda bildirilir.