• 27 İyul 2024
logo
Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli

Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli

09:15

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

Baymedia.az xəbər verir ki, o, Report-a açıqlamasında bugünkü zəlzələnin iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alındığını bildirib.

"Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın", - Q.Yetirmişli deyib.

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.