• 29 Fevral 2024
logo
Motosiklet yük maşını ilə toqquşdu: ölən var

Motosiklet yük maşını ilə toqquşdu: ölən var

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mersedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.